NƏFSƏ UYĞUN DİN OYUNU

Əsl din əxlaqını yaşamayan insanlar öz istəklərinə görə qoyduqları qaydalara əsasən "nəfslərinə uyğun din" i yaşamağı seçdikləri üçün nələri itirəcəklər?

Nəfsin arzularına, istəklərinə və rahatlığına uyğun qurulan bu həyat tərzi niyə bəzi insanların zənn etdiyinin əksinə insanları dünyada və axirətdə rahatlığa deyil, ziyana sürükləyir?

Bir insanın İslam əxlaqını yaşaması Quran əxlaqını və Peyğəmbərimizin (s.ə..v) sünnələrini qüsursuz şəkildə tətbiq etməsi ilə mümkündür. Bəzi insanlar isə müəyyən vaxtlarda Quran əxlaqını və sünnələri yaşayıb, müəyyən vaxtlarda da nəfslərinin istəklərinə tabe olaraq İslam əxlaqını yaşadıqlarını və bu yolla xoşbəxt olacaqlarını zənn edirlər. Əslində isə bu belə deyil. Çünki Allah, insanların fitrətini ancaq imanı qavradıqları və Quran əxlaqını tam şəkildə yaşadıqları zaman xoşbəxt və rahat ola biləcək şəkildə yaratmışdır. Allah Quranda insanların fitrətlərinə yönəlməli olduğunu belə bildirmişdir:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allah`ın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. (“Rum” surəsi, 30)

Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allah`dan daha yaxşı hökm verə bilən kimdir?! (“Maidə” surəsi, 50)



Ayədə bildirilən bu həqiqət istisnasız bütün insanlara aiddir. İnsan ancaq onu yaradan Rəbbimizə yönəlib, Quran əxlaqını tam şəkildə - Onun sevgisini və razılığını qazana biləcəyi şəkildə yaşadığı təqdirdə dünya həyatında gözəl bir həyat yaşaya bilər. Quranın qurtuluşa yönəldən yol göstərici xüsusiyyəti insanlar üzərində ancaq bu şəkildə görünə bilər.

Lakin bəzi insanlar Allah`ın endirdiyi şəkildə Qurana tabe olmaq və bu nemətdən istifadə etmək əvəzinə, dini öz ağılları, nəfsləri və ya din əxlaqından uzaq yaşayan cəmiyyətlərin müəyyən qaydaları istiqamətində təhlil etməyə çalışırlar. Bu yolla haqq dindən uzaqlaşan fərqli və batil bir din anlayışını müdafiə etmiş sayılırlar. 'Nəfsə uyğun din "adlandırdığımız bu din anlayışının ən əhəmiyyətli xüsusiyyəti isə insanların nəfslərinin istəkləri və dünyadakı mənfəətləri ilə zidd olmayan bir inanc forması olmasıdır.


Nəfsə uyğun saxta din planının mərhələləri

  • Bu saxta inanca görə insanlar vicdanlarını rahatladacağına inandıqları qədəri ilə dinin yalnız bir qismini yaşayacaq, ancaq heç vaxt öz dünyəvi istəklərindən güzəştə getməyəcəklər.
  • Bu batil din heç vaxt onların mənfəətləri ilə zidd olmayacaq, onları maddi və mənəvi heç nədə çətinliyə salmayacaq, həyatın heç bir sahəsində fədakarlıq etməklərini tələb etməyəcək.
  • İbadətlərin bəzilərini yerinə yetirəcək, ancaq öz rahatlığı naminə bunlardan da asanlıqla güzəştə gedecəklər.
  • Quran əxlaqı bu yanlış fikirli insanların ictimai həyatlarında mümkün qədər az yer tutacaq və nəfslərinə heç bir narahatlıq verməyəcək. Nəticədə insanlar yeri gələndə nəfslərinin pisliklərini heç vicdan əzabı çəkmədən həyata keçirəcək, lazım gəldikdə ədalətdən, dürüstlükdən və yaxşılıqdan asanlıqla uzaqlaşacaq.
  • Bu düşüncə belə insanların yaşadıqları cəmiyyətdə heç kimin fikirlərinə zidd olmadan, heç bir məsələdə sərt reaksiya görmədən, öz istək və əyləncələrinin qarşısını almadan, axirəti düşünmədən rahatca yaşamalarını təmin edəcək.
  • İnsanların iman gətirib Allah`a qulluq etməmələri və Quran əxlaqını yaşamamaları onları maraqlandırmayacaq.
  • Bu quran əxlaqına zidd dini müdafiə edənlərin fikirlərinə görə sərt reaksiya eşitməmək, ətraflarındakı insanların dünya görüşləri ilə zidd düşməmək əsas götürələcək və bu məqsədlə lazımı hər məsələdən güzəştə gediləcək.


Nəfsinin ardınca getməkdən nə üçün uzaq durmalıyıq?

Allah Quranın "Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər..." (“Yusuf” surəsi, 53) ayəsi ilə nəfsin insanları pisliyə sürükləyən xüsusiyyəti olduğunu bildirmişdir. Allah"De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah`a məxsusdur!" (“Ənam” surəsi, 162) ayəsi ilə iman gətirənlərin həyatlarının hər anında etdikləri hər işin Allah`ın əmr etdiyi şəkildə olduğunu bildirmişdir.

Allah`ın razılığını qazana bilmək bəzən insanın rahatlığından güzəştə getməyini tələb edə bilər. Belə ki, Allah Quranda dünya həyatının insanları sınamaq üçün yaradıldığını və bu məqsədlə bir çox hadisələrlə imtahana çəkiləcəklərini bildirmişdir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (“Mülk” surəsi, 2)

İnsan dünya həyatında qarşısına çıxan nemətlər və çətinliklər qarşısında Quran əxlaqına ən uyğun şəkildə davranmaq və bütün bunlara qarşı qətiyyətlə Allah`ın razılığını axtarmaqla məsuldur. Allah başqa ayələrdə"İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik..." (“Ənkəbut” surəsi, 2-3) şəklində bildirir. Belə ki, əsl iman Allah`ın sevgisini, razılığını, dostluğunu qazana bilmək üçün bütün çətinliklərə razı olmağı tələb edir. Allah`ın razılığı isə lazım gəldikdə nəfsin istəklərini məğlub etməyi, səbir göstərməyi, bəzi mövzulardan imtina etməyi və çətinliklərə sinə gərməyi tələb edə bilər.

Allah yolunda qarşılaşdığı çətinliklər möminlər üçün şövq qaynağıdır

Uca Allah Quranda bütün insanlara bir-birlərinə yaxşılığı əmr edib pislikdən çəkindirməyi əmr etmişdir. İnsanların nəfsi narahat olmasın deyə, imanlı şəxs bu məsuliyyətini yerinə yetirməkdən əl çəkməz. İnsanların özlərinə və ya ətraflarına zərər verdiklərini, gözəl əxlaqdan, ədalətdən, düzgünlükdən uzaqlaşdıqlarını və ya pis bir iş etdiklərini gördüyü halda narahatlıq verməməyi düşünüb kənarda qalmaz. Quranda möminlərin bu məsələdə göstərməli olduqları əxlaq belə bildirilir:

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (“Ali İmran” surəsi, 104)

Müsəlmanların həm bu məsuliyyətlərini yerinə yetirməməkləri, həm də başqalarından çəkindikləri üçün özlərinin də dini lazımı qaydada yaşamamaları Quran əxlaqına uyğun deyil. Quranda iman gətirənlərin Allah`ın razılığına uyğun bir həyat yaşadıqlarına görə heç bir qınaqdan qorxmadıqları bildirilir:

"Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah`ın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir." (“Maidə” surəsi, 54)

Bir insanın səmimi dindar olması, həyatını Allah`ın razılığına uyğun yaşaması cəmiyyətdə bəzi insanlar tərəfindən qəbul edilməyə bilər. Lakin unudulmamalıdır ki, səmimi dində 'insanların razılığı "ölçü deyildir. Həqiqi imana sahib insan ətrafındakı insanların nəfslərini narahat etməmək və ya onların razılığını itirməmək üçün əsla Allah`ın razılığından əl çəkməz. Hər insan axirətdə Allah`ın hüzuruna tək çıxacaq, dünya həyatında etdikləri üçün tək hesab verəcək. Nə yaşadığı cəmiyyətin insanları, nə də onların bu insanın həyat tərzindən məmnunluğu axirətdə ona heç bir şey qazandırmayacaq. İnsan ancaq Allah`ın razılığı üçün etdiyi saleh əməllərlə Rəbbimizin razılığını, rəhmətini və cənnətini qazana bilər.

Niyə nəfsə uyğun din planı insana sadəcə sıxıntı verir?

Bunu xüsusilə qeyd etmək lazımdır ki, əgər insanların belə batil bir dinlə hədəfləri rahat bir həyat yaşamaqdırsa, bunu bu yolla əldə etmələri heç cür mümkün deyil. Əksinə, Allah bu insanlar üçün dünyada "sıxıntılı bir güzəran" olduğunu bildirir. Əsl xoşbəxtlik və rahatlıq ancaq Allah`ın insanlar üçün seçdiyi din əxlaqının yaşanması ilə əldə oluna bilər. Allah Quranda bu həqiqəti insanlara belə bildirir:

“Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”." (“Ta ha” surəsi, 124)

"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq." (“Nəhl” surəsi, 97)

Həmçinin, belə bir batil din cəmiyyətə də rahatlıq və xoşbəxtlik gətirməz. İnsanların nəfslərinə uyğun ürəklərinin istədikləri hər şeyi sərhədsizcə etdikləri bir cəmiyyət modeli ancaq sarsıdıcı bir təsir göstərir. Bu məntiqli insanlar nəfsləri üçün sərhəd qoymadan hər cür pisliyi və əxlaqsızlığı normal görə bilirlər. Mənfəətlərinə görə hər cür saxtakarlığı edə bilir, yalan danışa, haqsızlıqla mal əldə edə, oğurlaya bilir, fırıldaqçılıq edə bilir, yalan şahidlik edə bilir, vədlərinə sadiq qalmır, başqa insanları əzə bilirlər. Bunun nəticəsində də:

  • Cəmiyyətlərə ədalətsizlik, qeyri-bərabərlik, haqsızlıq, əxlaqsızlıq, münaqişə, ixtilaf, kin, intiqam, üsyan və zülm kimi mənfi hallar hakim olur.
  • Cinayətlər xeyli artar, soyğunların, sui-qəsdlərin, hər cür hücumların, narkotik, qumar, zina kimi əxlaqsızlıqların normal qəbul olunduğu və bütün bunlara heç kimin səs çıxara bilmədiyi bir şərait yaranır.
  • Quran əxlaqı lazımı şəkildə yaşanmadığı üçün ən yaxın insanlar belə bir-birinə düşmən olur.
  • İnsanlar hüzn, pessimizm, çətinlik, təklik, qorxu, stress, etibarsızlıq, vicdansızlıq, narahatlıq, əsəb, qısqanclıq, kin, aclıq, kasıblıq, dava-dalaş, düşmənçilik, cinayət, ölüm qorxusu kimi çətinliklər və sıxıntılar içində yaşamaqdan xilas ola bilmirlər.
  • Cəmiyyət xaos və degenerasiya içində olur. Bunların nəticəsində də dünya dava-dalaşdan, qarışıqlıqdan və zülmdən xilas ola bilmir.
  • Bunların nəticəsində də dünya dava-dalaşdan, qarışıqlıqdan və zülmdən xilas ola bilmir.



Buna görə də bütün müsəlmanlar bu cür nəfsə uyğun batil din planına qarşı diqqətli olmalı, bunun haqq dini əslindən uzaqlaşdıraraq, dünyada və axirətdə insanları məhvə sürükləyəcək ciddi bir təhlükə olduğunu unutmamalıdırlar.

Əsl din Rəbbimizin Quranda bizə bildirdiyi Quran əxlaqının tam tətbiq olunması ilə yaşana bilər. İnsanları dünya və axirətdə qurtuluşa aparacaq Allah`ın bildirdiyi doğru yol budur. Göylərin, yerin və hər ikisi arasındakıların yeganə hakimi Allah Quranda belə buyurur:

"Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma!" ("Bəqərə" surəsi, 147)

Nəfsə uyğun batil din planının yayılma səyləri

Nəfsə uyğun dinin müdafiəçiləri insanları Allah`ın bəyəndiyi həyatı və Quran əxlaqını yaşamağa dəvət etmək əvəzinə, nəfslərinin rahatlığını əsas götürərək bu saxta dinin təbliğatını aparırlar. Həm özlərini, həm də ətraflarındakı insanları bu yanlış din anlayışının doğruluğuna inandırmağa çalışırlar.

Halbuki, nəfslərinin məmnuniyyəti və rahatlığı düşünülərək qurulan belə bir din anlayışına heç cür etibar etmək olmaz. Allah bir ayədə "De: “Siz dininizi Allah`amı öyrədirsiniz?” Halbuki, Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir." ("Hucurat", surəsi, 16) şəklində bildirmişdir. İnsan üçün hər şeyin ən doğrusunu bilən yalnız sonsuz elm sahibi Rəbbimizdir.

Əsl din əxlaqı nəfsin deyil, Allahı’n məmnuniyyətini və razılığını qazanmaqdır.

Bu əxlaq isə ancaq insanın bütün həyatını Allah`ın müəyyən etdiyi və Quran ilə bildirdiyi şəkildə yaşaması ilə mümkün ola bilər.

Uca Allah Quranın bütün insanları "qaranlıqdan nura çıxaracaq bir hidayət, bir rəhmət və müjdə" olduğunu bildirmişdir. Rəbbimiz insanlara həyatları boyu qarşılaşa biləcəkləri hər məsələdə onları qurtuluşa aparacaq doğru yolu Quran ayələri ilə göstərmişdir. Daima davam edən rahatlıq, xoşbəxtlik və gözəl bir həyat yaşamağı bacarmağın, nemətə qovuşmağın sirrini bildirmişdir.

İnsanlardan eləsi də vardır ki, Allah`a şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib (küfrə) qayıdar. O (şəxs) dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur. (''Həcc’’ surəsi, 11)