NƏFS VƏ VİCDAN

Quranın bildirdiyinə görə insanın nəfsi iki tərəflidir: Bir tərəfi pisliyi, digəri həmin pislikdən çəkinməyi əmr edir. “Şəms” surəsində bu vəziyyət belə bildirilir:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah’dan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (“Şəms” surəsi 7-10)

Ayələrdə nəfslə bağlı verilən məlumatlar çox əhəmiyyətlidir: Allah insanı yaradarkən nəfsini hazırlamış və ona "fücur"unu ilham etmişdir. Fücur ərəbcə "düzgünlük sərhədlərinin dağılıb parçalanması" mənasını verir. Dini termin kimi fücurun mənası belə verilir: "Günah və üsyan etmək, fasiq olmaq, yalan danışmaq, qarşı çıxmaq, haqdan üz çevirmək, nizamı dağıtmaq, zina, əxlaqi çöküntü ..."

“Şəms” surəsindəki ayədən öyrəndiyimizə görə Allah bu pisliklərlə yanaşı, insana nəfsin fücurundan çəkinməsini də ilham etmişdir. Növbəti cümlələrdə verilən məlumatlar isə çox əhəmiyyətlidir: Nəfsini təmizləyən, yəni nəfsinin fücurunu qəbul edib, Allah`ın ilhamına tabe olanlar xilas olacaqlar. Bu, əbədi və əsl qurtuluşdur, yəni Allah`ın razılığını, rəhmətini və cənnətini qazanmaq... Bunun əksinə, nəfsini örtən, yəni onun fücurunu, pisliyini təmizləməyən, içində gizli tutan insan isə məhv olacaq. Bu da Allah`ın lənəti və cəhənnəm əzabı deməkdir.

Bu məqamda əhəmiyyətli bir nəticəyə gəlirik: Hər kəsin nəfsində mütləq pisliklər var. Bir insanın nəfsindəki pisliklərdən təmizlənməsinin tək yolu isə bu pisliyin varlığını qəbul etməsi və Allah`ın bildirdiyi şəkildə ondan çəkinməsidir.


Məhz möminlərlə inkarçılar arasındakı əhəmiyyətli fərqlərin biri bu məqamda ortaya çıxır. İnsan ancaq İslamın verdiyi bilik və tərbiyə nəticəsində nəfsində pislik olduğunu və ondan çəkinməli olduğunu öyrənir və qəbul edir. Dinin və onu təbliğ edən peyğəmbərlərin ən üstün xüsusiyyətlərindən biri insanların nəfslərindəki pisliyi üzə çıxarması və onu təmizləməsidir. Buna görə də Quranda “Bəqərə” surəsinin 87-ci ayəsində inkarçı yəhudilərə səslənərkən "...Məgər hər dəfə sizə (göndərilən) elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? (Onların) bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?" deyildiyi bildirilir.

Ayədə bildirildiyi kimi, inkarçılar nəfslərindəki pisliyə təslim olurlar və buna görə də nəfslərinə zidd olan şeyləri onlara tövsiyə edən haqq dini və bu dini təbliğ edənləri yalanlayırlar. Bu vəziyyətdə olan insan “Şəms” surəsindəki ayələrdə bildirildiyi kimi, nəfsini örtür və onun fücuruna əsir olur.

Bu halda bütün inkarçıların nəfslərindəki fücura təslim olduqlarını, yəni həqiqi ağıldan məhrum qaldıqlarını söyləyə bilərik. Bu bir növ qeyri-ixtiyari həyatdır, bütün rəftarlar, bütün düşüncələr nəfsin fücurunun təlqininə uyğun təşkil edilir. Quranda inkarçılar üçün istifadə olunan "heyvan" bənzətməsinin hikmətlərindən biri də budur.

Ancaq əksinə, möminlər Allah`ın fərqinə varırlar, Ondan qorxurlar və hökmlərinə qarşı çıxmaqdan çəkinirlər. Buna görə də nəfslərindəki fücura əsla təslim olmur, əksinə aşkara çıxarır və Allah`ın ilham etdiyi kimi ondan çəkinir. Hz. Yusufun söylədiyi, " Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (insana) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir” (“Yusuf” surəsi, 53) ayəsi möminlərin necə düşünməli olduğunu göstərir.

Mömin hər vəziyyətdə nəfsinin onu səhv yola yönəltmək istəyəcəyini bilərək ehtiyatlı davranmalıdır.
Buraya kimi nəfsin iki zidd cəhətindən birini, yəni "fucur" qismini arasdərdəq. Allah’ən nəfsə fucur ilə yanasə, ondan cəkinməyi də ilham etdiyini oyrəndik. Insanə Rəbbinə və dinin bildirdiyi həqiqətlərə, xeyirlərə yonəldən, yaxsənə pisdən ayəran nəfsin bu xususiyyətinə "vicdan" deyilir.

İnsan vicdanını dinlədikcə Allah`ın bəzi sifətlərini üzərində əks etdirir. Allah sonsuz mərhəmətlidir. Ona təslim olan mömin də mərhəmətlidir. Allah sonsuz ağıl sahibidir. Ona qulluq edən bir mömin də üstün ağıla sahib olur. İnsan Allah`a nə qədər çox yaxınlaşırsa, Ona nə qədər təslim olursa, Onun üstün əxlaqının daha çox daşıyır və “yaradılmışların ən xeyirlisi” olur. (Beyyinə surəsi, 7)

Quranın bütün hökmləri insanın vicdanına uyğun müəyyən olunmuşdur. Ancaq Quranın müəyyən etdiyi vicdani ölçülər cəmiyyət içərisində mövcud olan “vicdani ölçülər”dən olduqca fərqlidir. Cəmiyyətin vicdan anlayışı yolda rast gəlinən bir dilənçiyə sədəqə vermək, ya da heyvanlara sevgi göstərmək kimi olduqca səthi nümunələrlə məhduddur. Halbuki möminin vicdanı Quranın bütün əmrlərinin və tövsiyyələrinin yerinə yetirilməsini tələb edir. Hətta Quranda ümumilikdə ifadə olunan bir çox mövzu vicdan vasitəsilə dərindən müəyyənləşdirilir və tətbiq edilir.

Məsələn, Quran möminlərə ehtiyaclarından artıq qalanını infaq etmələrini əmr edir. Lakin hər kəs ehtiyacının nə qədər olduğunu öz vicdanı ilə müəyyən edir. Vicdanı kifayət qədər güclü olmayan bir insan isə dinin hökmlərini Allah`ın rizasına ən uyğun şəkildə yerinə yetirə bilməz.

Möminin gündəlik həyatda daima bir neçə variant arasında seçim etməli olduğu anları olur. Qarşılaşdığı variantlar içində Allah`ın rizasına ən uyğun, dinin mənfəətlərinə ən faydalı olanını seçməklə məsuliyyət daşıyır. Bu seçimi edərkən birinci vicdanın səsi gəlir və hansı seçimin Allah`ın rizasına daha uyğun olacağını ona deyir. Ancaq ikinci mərhələdə nəfsi də daxil olur və onu digər seçimlərə yönəltməyə çalışır. Bunun üçün də insana əsasən bəhanələr fısıldayır. Quranda nəfsin diqqət çəkdiyi bu “bəhanə”lərdən tez-tez bəhs olunur.

"Allah’a və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və döyüşdə vuruşmağa vəsait tapa bilməyənlərə evdə qalmaqda heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah Bağışlayandır, Rəhmlidir. Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm” – dediyin zaman cihad üçün xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də heç bir günahı yoxdur.” (Tövbə surəsi, 91-92)

Müharibəyə getmək olduqca təhlükəlidir. Müharibəyə gedən bir insan ölümə, ya da yaralanmağa getdiyini bilir. Ancaq buna baxmayaraq, Peyğəmbərimizin dövründə möminlər Allah yolunda vuruşmaq üçün böyük istək göstərmiş, müharibəyə getmədikləri üçün də kədərlənmişdilər. Bu, Quranın nəzərdə tutduğu çox gözəl bir nümunədir.



Nəfs mömini bir anda dindən döndərə bilməz. Amma kiçik səhlənkarlıqlar etdirməyə çalışır. Məsələn, möminə Allah yolunda gördüyü bir işdə tənbəllik göstərməyə sövq edir. Bəzi bəhanələr təklif edərək həmin işi görməkdən uzaqlaşdırır. Əgər nəfsin kiçik istəklərinə cavab verilirsə, insanın üzərindəki təsiri daha da böyüyür və bu vəziyyət insanın imandan əl çəkməsi, yenidən nəfsinin əsiri olması ilə nəticələnə bilir. Mömin hansı vəziyyətdə olursa olsun, nəfsinə deyil, Allah`ın hökmünə görə hərəkət etməklə, nəfsini əzməklə, eqoist istəklərinə son qoymaqla məsuliyyət daşıyır. Bir ayədə belə bildirilir:

“Nə qədər bacarırsınızsa Allah’dan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malınızdan öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır”. (Təğabun surəsi, 16)

Ayədə möminlərə Allah`dan qorxmaları, Ona itaət etmələri, Onun hökmlərini dinləmələri və infaq etmələri, yəni mallarını Allah`ın rizasına uyğun olaraq xərcləmələri əmr edilir. Çünki bunlar insanın eqoist istəklərindən qorunmasına və nəticədə böyük qurtuluş və xoşbəxtliyə qovuşmasına səbəb olur. Bu həqiqət bir başqa ayədə də vurğulanır:

"Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq." (Naziat surəsi, 40-41)

Nəfsinin eqoist istəklərindən qorunaraq onu təmizləyən, bununla da Allah`ın razılığına və cənnətinə qovuşan insanın nəfsi isə Quranda razı qalmış nəfs olaraq qeyd olunur:

“O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!” (Fəcr, 27-30)

Nəfsinin pis istəklərinə tabe olub onu təmizləyib islah etməyən və bu cür də axirətə gedən bir insanın peşmançılıqdan başqa bir nəsibi yoxdur. İndiyə qədər yaşamış milyardlarla inkarçının qiyamət günündə yaşadıqları peşmançılıq və nəfslərini qınamaları həqiqətən çox dəhşətli bir mənzərə yaradır. Bu kafirləri gözləyən elə böyük və qaçılmaz bir həqiqətdir ki, Allah ayələrdə qiyamət gününün dərhal ardınca özünü qınayan nəfsin vəziyyətinə and içir:

“And içirəm Qiyamət gününə! And içirəm peşmançılıq çəkən nəfsə!” (Qiyamət surəsi, 1-2)